İndi baş verənlər ikinci dalğanın..

Leyla Aliyeva 13/09/2020

Avstriyada koronavirus pandemiyasının ikinci dalğası başlayır. “XəbərBuro" “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkə Kansleri Sebastyan Kurts bildirib.

“İndi baş verənlər ikinci dalğanın başlanğıcıdır. Xəstələnənlərin sayı günbəgün artır”, - Kurts deyib.

Kurts əhalini sosial məsafəyə riayət etməyə və tibbi maska taxmağa çağırıb.

Qeyd edək ki, ölkədə ümumilikdə 33 159 nəfər koronavirusa yoluxub, 26 760 nəfər sağalıb, 756 nəfər vəfat edib.