İmtahanlarda 3 nəfər ən yüksək balları toplayıb

27/07/2020

Məlum olduğu, əvvəlki illərin məzunlar üçün iyulun 10-da keçirilən qəbul ( həmçinin cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri açıqlanıb.

"XəbərBuro" xəbər verir ki, imtahan iştirakçılarından ən yüksək nəticəni 266.2 bal toplamış Yardımlı rayonu, Alçabulaq kənd tam orta məktəbinin cari il məzunu göstərib.

İkinci ən yüksək nəticəni 260.6 bal toplamış Quba rayonu, II Nügədi kənd 1 saylı tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib.

Digər ən yüksək nəticəni isə 258.5 balla Sabirabad rayonu, 5 saylı şəhər tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib.