İmişlidə zəlzələ oldu

Esed Abasli 04/11/2020

İmişlidə maqnitudası 4,2 olan zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də, Saatlı stansiyasından 17 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf Saatlı və Sabirabad rayonunda isə 3-4 bal gücündə hiss olunub. Zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.