İmişlidə tokvurma hadisəsi olub
15/09/2020

İmişli sakinin elektrik cərəyanı vuraraq öldürüb.
"XəbərBuro" xəbər verir ki, rayonun Muradallı kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Elgün Qulam oğlunu yaşadığı evin həyətində su motorunu işə saldığı zaman elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanları baxış keçiriblər.
Fakta dair rayon prokurorluğunda araşdırma aparılır.