İmişlidə icra başçısı Elçin Rzayevin iştirakı ilə reydlər keçirilir

Leyla Aliyeva 05/07/2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə İmişli rayonunda mütəmadi olaraq reydlər həyata keçirilir.

"Xəbərburo" "Qafqazinfo"ya əsasən xəbər verir ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də əhali ilə maarifləndirmə işlərinin aparılması məqsədilə RİH-də yaradılmış mobil qrup üzvləri tərəfindən reydlər davam etdirilir.  

Əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabineti yanında Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı xəbərdarlıq işləri aparılıb. Aşkarlanan ciddi qanun pozuntuları ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq sənədləşmə işləri aparılaraq qanun çərçivəsində obyekt sahiblərinə cərimələr tətbiq olunub. Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və əhəmiyyəti barədə də ətraflı məlumatlar verilib.