İlin üçüncü Ay tutulması başa çatdı

Leyla Aliyeva 05/07/2020

Bu ilin üçüncü yarımkölgəli Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 09:52 başa çatıb.

"Xəbərburo" "Qafqazinfo" ya istinadən xəbər verir ki, tutulma maksimumu saat 04:31-də (Bakı vaxtı ilə 08:31) müşahidə olunub.

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünüb. 

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.