
İlham Əliyevə “Qarabağ”ın forması hədiyyə edildi - FOTO
13/12/2021

Prezident İlham Əliyevə “Qarabağ” futbol klubunun forması hədiyyə edilib.
"XəbərBüro" xəbər verir ki, hədiyyə dövlət başçısına bu gün “Qarabağ” klubunun üzvləri ilə görüşdə verilib.
“10” nömrəli formanı İlham Əliyevə klubun prezidenti Tahir Gözəl təqdim edib.