İlham Əliyevdən “Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı FƏRMAN

Esed Abasli 12/02/2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 838; 2016, № 8, maddə 1384) 3.3-cü, 3.4-cü və 4.2-ci bəndləri ləğv edilsin”.