İlham Əliyev: " Onları dəvət edəcəyik, öz gözləri ilə görsünlər"

Məmmədzadə Zərintac 13/07/2020

“Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər”.

“Xəbərburo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında çıxışında deyib: "Onlar görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.