
İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək
24/12/2021

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.
“XəbərBüro” xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, eləcə də ilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
