
İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi birmənalı şəkildə keçmişdə qaldı”
18/12/2020

Azərbaycan Prezidenti Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitindəki çıxışında bildirib ki, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı söhbətdən artıq yalnız keçmiş zamanda danışıla bilər.
“Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam.
Bu, artıq tarixdir”, - deyə dövlət başçısı qeyd edib. Prezident Ermənistandakı revanşist qüvvələrə Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə görə xəbərdar edib. Dövlət başçısı Vladimir Putinin Qarabağla bağlı açıqlamasını üçtərəfli razılaşmanın həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr üçün “mühüm siqnal” adlandırıb.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
