"İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq"

Məmmədzadə Zərintac 13/08/2020

“Xocalıda bütün dünyanın gözü qabağında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı yoldaşlarımızın sonunadək yanındayıq. Azərbaycan yalnız deyil”.

“XəbərBuro"  xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla təlimlərdə iştirak edənləri təbrik edən H.Akar deyib:

“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq”.

“İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq. Bizim tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığıız bizim üçün vaz keçilməzdir”, - o qeyd edib.

H. Akar  Tovuzda şəhid olmuş hərbçiləri ehtiramla yad edərək çıxışını “Hamınız sağ və salamat qalın” ifadələri ilə sonlandırıb.