İki tondan çox narkotik vasitə məhv olunub
18/07/2020

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri əsasında rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları tapılıb.
"Xəbərburo" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, ümumi çəkisi 2 tondan artıq olan 6285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.