İki rayonun ləğv edilməsi ilə bağlı qərar veriləcək

Esed Abasli 11/02/2022

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Toplantının gündəliyinə iki məsələ daxil edilib.

Əvvəlcə komitə üzvləri “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini müzakirə ediblər. Bildirilib ki, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir.

Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.