İki bacı bir ananı evə əmanət edən Goranboylu Hərbiçimizlə görüş keçirildi

Esed Abasli 20/11/2020

"XəbərBuro" oxuİnfo.az saytına istinadən xəbər verir:

Bu gün Goranboy rayon Faxralı kənd sakini könüllü olaraq ordu sıralarında xidmət göstərmiş ana himayəsində yaşayan ailənin yeganə oğul övladı olan Tapdiq Fərhad oğlu Süleymanovun qonağı olduq.

Görüşdə Milli Məclisin Deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, ziyalı Saləddin Əliyev, Qarabağ müharibəsi Şəhid ailələri cəmiyyətinin Goranboy rayon üzrə nümayəndəsi Orxan Əliyev, Çernobil əlilləri cəmiyyətinin sədri Namiq Məmmədov, İctimai-fəal, Prezidentə dəstək Elçin Tağıyev iştirak etmişdir.

Könüllü Tapdıq Fərhad oğlu Süleymanov kimdir?

1993 cü ildə Goranboy rayon Faxralı kəndində kəndli ailəsində anadan olub. Orta məktəbi bitirən Tapdıq həqiqi hərbi xidmətini başa vurduqdan sonra kəndli olaraq təsərrüfatla məşğul olub. Körpə yaşlarından atasını itirən Tapdıq ana himayəsində böyümüşdür. Ailədə iki bacı bir qardaş olan Tapdıq Dövlətini, vətənini torpağını canından belə artıq sevən biri olub. 27 sentyabr tarixindən ordu sıraalarına könüllü yazılan Tapdıq əyninə hərbi forma geyinərkən silaha sarılıb və torpaqlarımızın azadlığı naminə xidmət etməyə başlamışdır. Ailənin yeganə oğul övladı olan Tapdiq ailədə iki bacı və anasını evə əmanət qoyaraq ön cəbhəyə yollanmışdır. Nəhayət ki, Agdərə istiqamətində gedən döyüşlərdə sol ayağından ağır yaralanaraq Hosbitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra evinə buraxılaraq ev şəraitində müayinə olunur. Tapdıqın anası Qəhrəmanova Şəfa Qüdrət qızı onuda qeyd etdi ki, bu vətən torpaq hər bir Azərbaycanlının diyarıdır. Biz analar Prezidentimizlə, Ordumuzlə qurur duyuruq.

Hərbi yolda cəfakarlıq göstərmiş Tapdıqın məharətinə sücayət aparan Millət Vəklinin köməkçisi Elçin Cahangirov bu müqəddəs qələbə bayramı münasibəti ilə Azərbaycan Respublikasinın Prezidenti cənab İlham Əliyevi, Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik etdi. ” 27 ildə Ulu Öndərin qoyub getdiyi dövlətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının davam etdirdiyi bir məktəbin imtahanını verdik deyə E.Cahangirov vurğulamışdır.

Sonda E.Cahangirov Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və Milli Məclisin deputatı cənab Anar Məmmədovun adından da, bu ailəyə minnətdarlıqarını bildirmişdir.

Görüşdə iştirak edən ziyalılar və görüş iştirakçıları Hərbiçilərimizə uğurlar diləyərək Şəhidlərimizə uca Allahdan rəhmət,yaralılarimıza isə şəfa dilədilər. Allah Prezidentimizi və Müzəffər Ordumuzu qorusun.