İki ay öncə istifadəyə verilən park çöküb
26/08/2020

Mingəçevirdə 2 ay öncə istifadəyə verilən park çöküb.
“XəbərBuro” xəbər verir ki, aramsız yağışlar Mingəçevirdə fəsadlara səbəb olub. Şəhərin Yevlax rayonu ilə sərhədində salınan “Nəsimi” parkının bir hissəsində çökmə baş verib.
Yerli sakinlər güclü yağışdan sonra istirahət güşəsində bu cür vəziyyətin yarandığını deyiblər.