İki avtomobil toqquşub

Məmmədzadə Zərintac 16/08/2020

Kürdəmirdə iki avtomobil toqquşub.

"XəbərBuro"  xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Cəyli kəndindən keçən hissəsində baş verib.

"QAZel" markalı avtomobilin sürücüsü Füzuli rayon sakini Orucov Siyavuş Telman oğlu həmin yolda hərəkətdə edərkən onunla əks istiqamətdə olan  Ağsu rayon sakini Ağaverdiyev Təşkilat Ağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla toqquşub. 

İki sürücü də müxtəlif növ bədən xəsarətləri alıblar. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəliblər. 

Fakta dair araşdırmalar aparılır.