İker Kasilyas peşəkar karyerasını bitirib

Məmmədzadə Zərintac 04/08/2020

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas  karyerasını sonlandırıb.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşıb.

"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", veteran qolkiper bildirib.

 2019-cu ilin mayında infarkt keçirmiş  İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb. 

1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı ehtimal olunur.