İİV-ə qarşı effektiv peyvəndlər varmı? - AÇIQLAMA

Esed Abasli 17/02/2021

Bu günə kimi İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) qarşı effektiv peyvəndlərin hazırlanması mümkün olmayıb.

Bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova deyib. O bildirib ki, QİÇS-in ötürülməsinin qarşısını alan bir peyvənd olmasa da, dünyanın bir çox aparıcı universitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirməkdədir:

“İİV/QİÇS epidemiyasına qarşı zəruri mübarizə tədbirlərinə donor qanının təhlükəsizliyinin təminatı, tibb müəssisələrdə universal təhlükəsizlik tədbirlərinin tətbiqi, hamilə qadınların İİV-ə müayinə ilə əhatə olunması, anadan uşağa İİV-in ötürülməsinin profilaktikasının aparılması, risk qruplarının İİV-ə müayinəyə cəlb olunmasının genişləndirilməsi, İİV-ə yoluxmuş insanlara İİV/QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təminatı, ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işinin genişləndirilməsini şamil etmək olar.

Yoluxmanın qarşısını almaq üçün isə narkotik maddələrdən istifadədən çəkinmək lazımdır. Təsadüfi cinsi əlaqə zamanı qoruyucu vasitələrdən, kosmetoloji prosedurlar (Manikür, tatuaj, pirsinq və s.) zamanı steril avadanlıqlardan, yalnız şəxsi və təzə gigiyenik vasitələrdən istifadə etmək vacibdir”.