İfaçı özünə 3 milyonluq avtomobil aldı

Leyla Aliyeva 04/09/2020

Reynmen ləqəbli repçi Yusuf Aktaş milyonluq avtomobili ilə gündəmə gəlib.

“XəbərBuro” xəbər verir ki, repçi təzə maşını ilə İstanbulda görüntülənib. Reynmenin “Gelandewagen” markalı avtomobilinin dəyəri 2 milyon 963 min 500 TL-dir.

“Ela”, “Leila”, “Derdim olsun” kimi hitlərə imza atan sənətçi ötən il konsert biletlərinin yüksək qiyməti ilə gündəmə gəlmişdi. Belə ki, onu dinləmək istəyənlər İzmir konsertlərində 35-40 min lirələrindən keçməli olmuşdular.