“İdxal olunan malların 60 faizi rüsumlardan azaddır”

Esed Abasli 10/12/2021

“İdxal olunan malların təqribən 56-60 faizi gömrük rüsumlarından azad edilib. Bu nədən xəbər verir? 10 milyard manat təşkil edən ümumi idxalda 6 milyard manat dəyərində mallar rüsumdan azaddır”.

"XəbərBüro “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Virtualaz.org-a müsahibəsində deyib.

Sədr bildirib ki, dəyəri 4 milyard manat olan yerdə qalan malların isə yalnız 18%-dən 15% vergi tutulur, yerdə qalanların spesifik rüsumları isə 5% və daha aşağıdır: “Bu il 11 milyard manat həcmində idxal proqnozlaşdırılır. İdxal olunan malların yalnız 2,5 milyard manat dəyərində olanlarından vergi tutulur, bu da bizim tənqidçilərimizin söylədiyi “sərt fiskal siyasəti”. Yəni, ümumi axının yalnız 15%-indən. Beləliklə, bizim Dubaydan fərqimiz yalnız ümumi idxalın 20%-nə olan münasibətdədir. Daha bir əhəmiyyətli amil -  MDB ölkələrindən idxal olunan bütün mallar “Azad İqtisadi Zona” müqavilələrinə uyğun olaraq rüsumlardan tamamilə azad edilib.

Gəlin, digər ölkələrdəki vəziyyətlə müqayisə edək.  Aydın məsələdir, Qərbi Avropa ölkələri ilə analogiyalar onların iqtisadiyyatının yüksək səviyyəsini nəzərə alsaq uğursuzdur.  Əgər inkişaf etməkdə olan ölkələrlə müqayisə aparsaq, Azərbaycandakı gömrük rüsumları və vergilər daha aşağıdır.  Misal üçün, Türkiyədə elə mallar var ki, onlardan 300%, 200%, 150% həcində vergi tutulur... Milli istehsalı qoruyan və həvəsləndirən bu fiskal siyasətini sərt adlandırırlar”.

Səfər Mehdiyev qeyd edib ki, ƏDV idxal olunan malların yalnız 20-25 faizinə tətbiq olunur: “İqtisadiyyatın liberallaşması, azad ticarətin inkişafı, yerli sənayenin formalaşması və aqrar sektorun inkişafı məqsədilə imtiyazlar tətbiq edilir. Tam məsuliyyətlə deyirəm ki, gömrük yığımları sahəsində sərt fiskal ticarətlə bağlı uydurmaların heç bir əsası yoxdur.

Azərbaycan əvvəllər on minlərlə ton toyuq əti idxal edirdi. İndi isə biz bu sahədə ixracatçıyıq.  Eyni vəziyyət toyuq yumurtasına, tərəvəz və meyvələrə  də addir. Yaxud tikinti materialları sahəsini götürək. Azərbaycan sement, klinker, armatur istehsal və artıq ixrac edir…  Məgər bu, qeyri-neft sektorunun inkişafının təzahürü deyil?  Bizim vəzifəmiz isə daxili bazarın və milli istehsalçının qorunmasından ibarətdir”.