İcra başçısı onlayn qəbul keçirdi

Leyla Aliyeva 01/09/2020

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib.

“XəbərBuro” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən Neftçala şəhəri, o cümlədən qəsəbə və kənd sakinlərinin iştirakı ilə baş tutub.

Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.