İcra başçısı əvvəllər mühəndis işlədiyi şirkətə 3.5 milyonluq tender verdi
06/06/2020

Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb.
"Xəbərburo" xəbər verir ki, tenderin məbləği 3 milyon 625 min manat, qalibi isə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir.
Şəki Şəhər Icra Hakimiyyətinin başçısı Elxan Usubovun əvvəllər "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də baş mühəndis vəzifəsində çalışdığı deyilir.
E. Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.