İcazəsi olanlar öz avtomobilləri ilə hərəkət edə biləcəklər

Togrul Quliyev 21/06/2020

“Nazirlər Kabinetinin qərarı ilə karantin dövründə fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobilindən istifadəsinə icazə veriləcək”.

XəbərBuro YoungPress.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

O bildirib ki, həmin şəxslərin şəxsi avtomobillərlə yalnız işə gedib-gəlməsinə şərait yaradılacaq: 

“Avtomobili idarə edən şəxsin fəaliyyətinə icazə verilərsə, həmin avtomobilin hərəkətinə qadağa yoxdur”.