Hüseyn Həsənov saxlanılıb
19/06/2020

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənovu Moskvada polis saxlayıb.
Bu haqda “Mash” teleqram-kanal məlumat yayıb. Hüseyn “Rolls Royse Cullinan” markalı avtomobilindəykən tutulub. Həmin nəqliyyat vasitəsinin borca görə axtarışda olduğu bildirilir. Məlumata görə, bloger maşına “Lamborghini” markalı avtomobilinin nömrə nişanını vurub.
Qeyd edək ki, Hüseyn Həsənov iyunun 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə 3 aylıq sürücülük hüququndan məhrum edilib. O, iyunun 20-də sürücülük vəsiqəsini təhvil verməlidir.
Sankt-Peterburqda yaşayan və Rusiyanıntanınmış blogerlərindən olan Hüseynin İnstaqramda 14 milyondan çox izləyicisi var.