“Hüququm və qaydalarım” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

Esed Abasli 05/11/2022

Naftalanda “Hüququm və qaydalarım” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. 

 

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan  nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev  tədbirin açılışını edib. Layihənin mahiyyəti ilə bağlı gənclərə məlumat verilib. Daha sonra gənclərə yol hərəkəti qaydaları haqqında Naftalan şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Ceyhun Əliyev və Naftalan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşı Abbas Allahverdiyev tərəfindən verilib.

 

Daha sonra görüş müzakirə formasında davam edib və gənclərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin və Naftalan Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı  ilə keçirilib.