Hulusi Akar: “Son iki gündə Kabil aeroportundan 62 uçuş gerçəkləşdirilib”

Esed Abasli 18/08/2021

Türkiyənin milli müdafiə naziri son iki gündə Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanından həyata keçirilən uçuşların sayını açıqlayıb.

Nazir bu mövzuda Türkiyənin NATO ilə koordinasiya şəraitində çalışdığını vurğulayıb. "Son iki gündə Kabil aeroportundan 62 uçuş gerçəkləşdirilib.

Biz Kabil aeroportu ilə bağlı niyyətimizi başlanğıcdan ifadə etmişik. Bizim məqsədimiz bütün Əfqanıstan üçün önəmli olduğuna inandığımız hava limanının fəaliyyətini davam etdirməsi, bütün ölkəyə xidmət etməsidir. Məqsədimiz 6 ildir etdiyimiz kimi, texniki və inzibati baxımdan aeroportun idarəçiliyini həyata keçirməkdir. Bu məqsəd üçün NATO, ABŞ və digər ölkələrlə bölgədə koordinasiyanı davam etdiririk”, - nazir söyləyib.