Hulusi Akar: "Azərbaycanın yanında olmağa davam edəcəyik"

Məmmədzadə Zərintac 14/07/2020

"Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa davam edəcəyik".

"Qafqazinfo"ya əsasən "Xəbərburo"  xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar həftəlik keçirilən videokonfransda bildirib. Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə danışan Akar Ermənistanın Tovuz istiqamətində başlatdığı təxribat xarakterli hücumları şiddətlə qınadıqlarını vurğulayıb.

"Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa və qardaş Azərbaycan xalqına başsağlığı diləyirik. Dağlıq Qarabağı qanunsuz işğal edən və illərlə təcavüzkar olan Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanacağıq və "bir millət, iki dövlət" olaraq qəbul etdiyimiz azərbaycanlı qardaş və bacılarımıza dəstəyimizi davam etdirəcəyik",-deyə Akar çıxışında qeyd edib.