Hindistanda koronavirus xəstələrinin olduğu hoteldə yanğın baş verib

Məmmədzadə Zərintac 09/08/2020

Hindistanda COVİD-19 xəstələrinin karantində qalması və müalicə almaları məqsədilə istifadə olunan “Svarna palas” hotelində baş vermiş yanğın nəticəsində 7 nəfər ölüb və 15-dən çox insan yaralanıb. “XəbərBuro”  xəbər verir ki, bununla bağlı “NDTV” telekanalı bildirib.

Yanğın Andxra-Pradeş ştatının Vicayvade şəhərində olub.

"Hadisə nəticəsində yeddi nəfər həlak olub, 15-20 nəfər xəsarət alıb. Onları təcili xəstəxanaya aparıblar. Onlardan ikisi-üçü kritik vəziyyətdədir”, - telekanal yerli polisin sözlərini sitat gətirir.

Yanğın pasiyentlər arasında çaxnaşmaya səbəb olub, onlardan bir neçəsi həyatını xilas etmək üçün özünü binadan atıb. Ümumilikdə müəssisədə 22 pasiyent müalicə alırdı.

İlkin məlumata görə, yanğının baş verməsinə qısaqapanma səbəb olub.