Hikmət Hacıyev Gəncə bazarından video paylaşıb

05/10/2020

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün səhər saatlarında yenə də Ermənistan tərəfdən atəşə tutulan Gəncədən görüntülər paylaşıb.

“XəbərBuro” xəbər verir ki, O bildirib:

“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın nə cür hərbi əhəmiyyəti ola bilər? Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edilib. Ermənistanın mülki azərbaycanlılara qarşı dövlət terrorizmi davam edir”.