Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara cavab verib

Məmmədzadə Zərintac 15/10/2020

“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”. 

“XəbərBuro” xəbər verir ki, bu haqda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat paylaşıb.

O söyləyib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: “Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”.