Həyətindən 6 kiloqrama yaxın heroin aşkar edilib

Məmmədzadə Zərintac 15/06/2020

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarından verilən məlumat əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olan Yardımlı rayonunun Gendərə kənd sakini Vüsal Kazımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan olan məlumata görə, onun yaşadığı evin həyətinə baxış keçirilən zaman yardımçı tikilinin arxa tərəfində gizlətdiyi 1 ədəd sellofan bağlamada çəkisi 5 kiloqram 800 qram olan narkotik vasitə heroin tapılaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.