Həyətində narkotik becərən şəxs saxlanılıb

Medina Abdullayeva 17/09/2020

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri
istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

"XəbərBuro"-nun məlumatına görə,   Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında
şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb.

Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman
oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi
çəkisi 4 kq 345 qr 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin
çardağında saxladığı çəkisi 2 kq 610 qr 2 ədəd çətənə kolu aşkar edilərək
götürülüb.

S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini,
onlara xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.