Hərbi Dəniz Qüvvələrinə təzə komandan təyin olunub

Məmmədzadə Zərintac 29/06/2020

Müdafiə Nazirliyində təzə kadr təyinatı olub.

“Xəbərburo” Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.

Bildirək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.