Hərbçimiz məzuniyyəti zamanı yanaraq ölüb - Rəsmi
07/04/2021

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.
Bu barədə “XəbərBüro"ya Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, əslən Tərtərdən olan 23 yaşlı E. Sarızadə nişanlı idi.