Həkimlər Trampa süni tənəffüs aparatı qoşmaq istəyib

Mükafat İsazadə 12/02/2021

ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirusa yoluxduğu zaman həkimlər ona süni tənəffüs aparatı qoşmaq istəyiblər.


"XəbərBüro" məlumat verir ki, bu barədə “The New York Times” məlumat yayıb.


Mənbənin sözlərinə görə, keçmiş dövlət başçısının xəstəliyi ictimaiyyətə açıqlanandan daha ağır şəkildə keçib. Həkimləri xüsusən Trampın qanında oksigenin səviyyəsinin 90 faizdən aşağı olması narahat edib.


Bundan əlavə, Trampın vəziyyəti ilə tanış olan mənbələr nəşrə sabiq prezidentin ağciyərlərində iltihab, maye və bakteriya toplanması zamanı baş verən infiltrat aşkarlandığını bildiriblər. Həmin vaxt rəsmilər Trampın süni tənəffüs aparatına qoşulmalı olduğunu hesab ediblər.