Hegemonların savaşı: Dövlətləri kimlər döyüşdürür?

Fəxriyyə Qüdrətli 17/06/2020

Son bir neçə gündə Hindistanla Çin arasında qarşıdurmalar yenidən şiddətlənib.

"XəbərBuro" bildirir ki, Hindistan rəsmilərinin 17 iyunda verdiyi açıqlamada 20 hindli əsgərin öldürüldüyü bildirilib. Çin rəsmiləri isə hələlik heç bir məlumat verməyib. Bəzi mənbələr isə 43-dən çox çinli əsgərin öldüyünü bildirir. Lakin hər iki tərəf bu məsələdə bir-birini günahlandırır.

Çin və Hindistan arasındakı 3500 kilometrlik sərhəd xəttinin böyük hissəsi iki ölkə arasında hegemonluq mübahisələrinə səbəb olur. Pekin rəhbərliyi "Cənubi Tibet" adlandırdığı Hindistanın Arunaçal Pradeş əyalətindəki 90 min kvadrat kilometrlik ərazi iddiası edərkən, Yeni Delhi rəhbərliyi isə Aqsay Çin yaylalarını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini iddia edir. Çinlə Hindistan arasında baş verən hazırkı proseslər son 45 ilin ən şiddətli qarşıdurması hesab olunur.