
"Heç bir ölkə virusa tam qalib gəlməyib"
08/08/2020

“Karantin rejiminin yumşaldılmasını bir çox insanlar qələbə kimi qəbul edir, virusin yox olması kimi təbliğ edir, əsassız iddialar irəli sürür ki, heç harda karantin yoxdur, insanlar maska belə taxmır, amma heç bir ölkədə virusa tam qalib gəlinməyib, Azərbaycan da daxil olmaqla”.
“XəbərBuro" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Bu virus heç hara itməyib, aramızdadır və yoluxdurmaqda davam edir. Təbii ki, karantin rejimi əziyyətdir, hamımız yorulmuşuq, amma gəlin əldə etdiyimiz nailiyyətləri itirməyək və qaydalara əməl edək”, - deyə o, qeyd edib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
