“Harri Potter”in ilk nəşri 471 min dollara satıldı
Esed Abasli 10/12/2021
![](/storage/images/articles/lLnMkl37kb9qqcEkLLhXK1J9SkpN2P7RJOXegi5j_1200x600.jpg)
“Harri Potter” seriyasının ilk buraxılışı "Harri Potter və Fəlsəfə Daşı" kitabı ABŞ-da 471 min dollara hərracda satılıb.
"XəbərBüro" “Qafqazinfo”a istinadən xəbər verir ki, kitab bu günə qədər satılan XX əsrin fantastik əsərləri arasında ən bahalısı olub.
Kitab ilk dəfə 1997-ci ildə cəmi 500 tirajla nəşr edilib.İngilis yazıçısı Coan Roulinqin əsəri təxmini qiymətdən 6 dəfə baha satılıb.
Qeyd edək ki, Roulinq gənc sehrbaz Harri və dostlarının sərgüzəştləri haqqında daha 6 kitab yazıb.
Kitablar 80 dilə tərcümə olunub və təxminən 500 milyon nüsxə satılıb.