Hansı ölkələr vətəndaşlarını Ukraynadan çıxarır?

Esed Abasli 12/02/2022

Xəbər verdiyimiz kimi, dünən ABŞ Prezidenti Co Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb. Onun sözlərinə görə, bu ölkədə vəziyyət çox tez bir şəkildə nəzarətdən çıxa bilər.

"XəbərBüro" “Qafqazinfo”a istinadən xəbər verir ki, ABŞ-ın ardınca bir neçə ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb. 

Belə ki, Niderland, Finlandiya, Norveç, Latviya, Yaponiya Ukraynada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə səsləyib.

Cənubi Koreya, İsrail, Böyük Britaniya, Estoniya, Şimali Makedoniya və Monteneqro isə öz vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edib.

Bununla yanaşı, “RİA Novosti”nin məlumatına görə, artıq Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları da ölkəni tərk etməyə başlayıblar.