Hande Harmancı karantin günlərində istirahətdə olması ilə bağlı açıqlama verib

Məmmədzadə Zərintac 25/06/2020

“Biz Qubada şənbə günü olmuşuq, həmin gün karantin tətbiq edilmirdi”.

"Xəbərburo"  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O qeyd edib ki, Qubada insanların arasında olmayıb:

“Paylaşdığım şəkillərdən də görünür ki, insanların arasında deyiləm. O ki qaldı rayonlara gediş-gəlişin bərpasına, bununla bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargah verə bilər”.