Hacıqabulda ağır qəza baş verib

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"XəbərBuro" məlumat verir ki, hadisə rayonunun Pirsaat kəndində qeydə alınıb.
İki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bunlar sürücü Füzuli rayon sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu, onun həmyerliləri 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Göyçay sakinləri, 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu və 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur.
Bir nəfərin isə vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.
Qeyd edək ki, xəsarət alanlardan 4-ünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.