Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub

Röya Vahabova 18/06/2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu qurumun nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

 "Xəbərburo" bildirir ki, bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

Xatirə muzeyin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.

Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər