Gürcüstanın dövlət naziri azərbaycanlı ailələrə yardım paylayıb

Svetlana Mirzəyeva 19/08/2020

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Qardabaninin azərbaycanlılar yaşayan Qaracalar kəndinə baş çəkib.

“XəbərBuro" xəbər verir ki, o, baş nazirin insan haqları üzrə müşaviri Lela Akiaşvili və Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili ilə birgə kənddə yaşayan sosial təminatsız ailələrə baş çəkib.

Dövlət nazirinin Aparatının təşkilatçılığı və UNICEF təşkilatının maliyyə dəstəyi ilə sosial müdafiəsiz 82 ailəyə qida məhsulları və gigiyenik vasitlərdən ibarət bağlamalar təqdim olunub.

T.Axvlediani bildirib ki, Gürcüstan hökuməti pandemiyanın yaratdığı yeni ehtiyacları diqqətə almaqla etnik azlıqlara dəstək göstərməkdə davam edir.