Gürcüstandan Bakıya yük daşıyan maşında yanğın olub

Esed Abasli 16/12/2021

Gürcüstandan Bakıya yük daşıyan iritonnajlı yük maşınında yanğın olub.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarından Yevlax- Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gürcüstandan Bakı istiqamətinə hərəkət edən, 1985-ci il təvəllüdlü Mübariz Əzəddin oğlu Qədimovun idarə etdiyi “Mercedes” markalı, 99 BK 791 dövlət nömrə nişanlı iritonnajlı yük maşını hərəkətdə olarkən maşının qoşqu hissəsində yağın baş verib.

Yanğının döndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində maşının qoşqusunun bir hissəsi və yanğın olan hissədə avtomobil ehtiyat hissələri yanıb. Maşının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.