
Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir
19/08/2020

Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.
"XəbərBuro" xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplanır.
Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşları ilə nikahda olan, ölkədə daimi və ya müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.
Onların ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ olub.
Səfirlikdən həmin şəxslərə COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Səfirlikdən bildirilib ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 060 nəfərin təxliyəsi təşkil olunub. Bununla yanaşı, digər ölkələrdən 398 Azərbaycan vətəndaşı da Gürcüstan ərazisi vasitəsilə Vətənə çatdırılıb.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
