Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Togrul Quliyev 14/06/2020

Gürcüstanda son sutka ərzində daha 13 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Xeberburo.com “Qafqazinfo” a istinadən xəbər verir ki,Bununla da ölkədə koronavirusa yoluxanların sayı 864-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 14-dür.

Bundan əlavə, indiyədək 703 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 147 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 6-sının vəziyyəti ağır qiymətləndirilir.