Gürcüstanda koronavirusla bağlı son rəqəmlər

Röya Vahabova 22/06/2020

Gürcüstanda sutka ərzində 2 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

"Xəbərburo'' “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla da ölkə üzrə xəstəliyə yoluxanların sayı 908-ə çatıb.

Xəstəlik səbəbindən 14 nəfər həyatını itirib, 761 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 2710 nəfər karantinə alınıb, 269 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Hökumət ölkədə epidemioloji vəziyyəti nəzarət altına götürüb.