Gürcüstanda daxili uçuşlar bərpa ediləcək

Leyla Aliyeva 23/07/2020

"Xəbərburo" xəbər verir ki, Gürcüstanda daxili uçuşlar 24 iyuldan etibarən bərpa ediləcək.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat verib. İyulun 24-də Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar fəaliyyətə başlayacaq.

Ümumilikdə, 24-31 iyul tarixlərində Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş həyata keçiriləcək.

Avqust ayından etibarən Mestia-ya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə, Batumiyə isə həftədə  4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.