Gürcüstan və Türkiyəyə sanksiyalar

Esed Abasli 16/12/2021

ABŞ Ticarət Nazirliyi Çin, Gürcüstan, Malayziya və Türkiyədən olan 37 təşkilatı ölkənin xarici siyasətinə və ya milli təhlükəsizlik maraqlarına zidd fəaliyyətlərə görə “qara siyahıya” salıb.

Müvafiq bildiriş Federal Reyestrdə (ABŞ hökumətinin rəsmi sənədlər toplusu) yerləşdirilib.

“37 təşkilatın fəaliyyəti ABŞ hökuməti tərəfindən ABŞ-ın xarici siyasətinə və ya milli təhlükəsizlik maraqlarına zidd olaraq müəyyən edilib”, - deyə sənəddə qeyd olunub.